Ana Sayfa > Xəbər > “Minsk qrupu hansı üzlə sülh mesajı verir?” – İctimai QINAQ

“Minsk qrupu hansı üzlə sülh mesajı verir?” – İctimai QINAQ


16-06-2015, 14:04. Yazar: admin
“Minsk qrupu hansı üzlə sülh mesajı verir?” – İctimai QINAQ
“Milli QHT-lərimiz çox yaxşı olardı ki, cənab Urolikin elktron poçt ünvanına qısa məktub yazaraq ermənilərin Zəngilanda işğaldan öncə yaşamadığını yazsınlar”.

Hafta.az-ın verdiyi xəbərə görə, bu barədə Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin rəhrbəri Elməddin Behbud Ceyms Uorlikin Zəngilanlı köçkünlərlə görüşünə münasibət bildirərkən deyib. QHT sədri bildirib ki, amerikalı həmsədrin ifadə etdiyi cümlələr ATƏT –in həmsədrlik insitutunun 23 ildə bizim siyasi coğrafiyamızı doğru – dürüst öyrənmədiyindən xəbər verir:

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərlə görüşdə deyib ki, "Biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermənilərlə birgə yaşaya biləcəklər". İşğal altında olan Azərbaycan ərazilərinin etnik, siyasi coğrafiyasını ötən 23 il ərzində doğru-dürüst şəkildə öyrənə bilməyən Minsk qrupunun həmsədrlik institutu görəsən hansı üzlə Azərbaycan ictimaiyyətinin qarşısına çıxır, ona sülh mesajları verir? İşğala məruz qalan, yüzminlərlə vətəndaşı məcburi köçkün olan ölkə və onun xalqı ilə bağlı bu cür kobud təhrif olunmuş məlumatlara söykənən bəyanatlar verməklə münaqişənin ədalətli həlli ilə bağlı üzərlərinə götürdüklərini missiyanı tapdaladıqlarının fərqindədirlərmi? Bu informasiya yalnışlığı yox, ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-in Qarabağ münaqişəsi ilə siyasi həyasızlığının növbəti formasıdır”.

Elməddin Behbud Qeyri - Hökumət Təşkilatlarındakı kolleqalarına Uorlikin son bəyanatına cavab olaraq analoji addım atmağı da xahiş edib:

“Milli QHT-lərimiz çox yaxşı olardı ki, cənab Urolikin elktron poçt ünvanına qısa məktub yazaraq ermənilərin Zəngilanda işğaldan öncə yaşamadığını, onun bu cür saxta məlumatları tirajlamaqla bir daha Ermənistanın xeyrinə tərəfkeşlik etdiyini bildirsinlər və buna kəskin etiraz etsinlər. Həmçinin qeyd edim ki, Zəngilanın işğalından öncə nəzəri olaraq mümkün cüzi say Zəngilanda etnik müxtəliflik və birgəyaşayışla bağlı bu cür fikirlərə əsas vermir!”.

Geri dön