Ana Sayfa > Xəbər > Türkiyədə həbsxana rəisi öldürüldü
Türkiyədə həbsxana rəisi öldürüldü16-06-2015, 13:37. Yazar: admin |
Türkiyədə həbsxana rəisi öldürülüb. Musavat.com-un məlumatına görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi İsmət Aktürk maşınının içində silahlı hücuma məruz qalıb. Hadisə İzmit rayonunun Yeşilova səmtində meydana gəlib. İ. Aktürk maşınla yol gerərkən 34 KGZ 76 nömrə nişanlı avtomobil yaxınlaşıb və həmin maşından rəisin avtomobilinə ard-arda atəş açılıb. Güllələrdən 3-ü İ. Aktürkə dəyib. Avtomobilin sürücüsü tərəfindən dərhal xəstəxanaya çatdırılan həbsxana rəisini xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Geri dön |