Ana Sayfa > Xəbər > “Açıq-saçıq səhnələrə çəkilərəm, bir şərtlə...” - MÜSAHİBƏ
“Açıq-saçıq səhnələrə çəkilərəm, bir şərtlə...” - MÜSAHİBƏ16-06-2015, 13:07. Yazar: admin |
Aile.lent.az-ın budəfəki müsahibi əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovdur. - Bu şəhərdən niyə tez-tez gedirdiz? - Qocalıram yəqin, ondandır (gülür). Əvvəllər daha tez-tez gedərdim. Sadəcə işlərdə bir az durğunluq oldu. Burada bir az başım qarışdı. - Bəlkə indi sizi bu şəhərdə saxlayan daha güclü qüvvə var… - Ola bilər var... Amma ilk növbədə təbii ki, vətəndir. Yaşlaşdıqca doğma yerlərimizə daha çox bağlanırıq. Həm də anam bir az yaşlaşıb. Ona görə də yaxında olmağım daha yaxşıdır. Əlim çatır, tez-tez yanına gedə bilirəm. Bundan savayı, istəyirik ki, nəhayət teatrımızda yaxşılığa doğru dəyişikliklər olsun. Bunun üçün mübarizə aparırıq. İstəyirik kinomuz inkişaf etsin. Bizə də qismət olsun bura öz gücümüzü qoya bilək. Çünki ən uzağı 10 ilə bizim də gücümüz tükənəcək. Bunlara görə bura daha çox bağlanmağımı hiss etdim. Mən içimdə necə hiss edirəmsə, elə də edirəm. Heç kimdən soruşmuram. - Heç vaxt, heç kimə hesabat vermirsiniz? - Ümumiyyətlə, hesabat verməyi xoşlamıram. Amma danışa bilərəm. Yaxın bildiyim, sınaqdan, ələkdən keçmiş insanlarla bölüşə bilirəm. - Bəs hesabat tələb edirsiniz? - (gülür) Ruslarda yaxşı bir söz var – inanmaq lazımdır, amma yoxlamaq da lazımdır. İnandığım adamlardan hesabat tələb etmirəm. Amma hər şeyi görür və hiss edirəm. Əgər hiss etsəm və sonra görsəm, bunu sübut etsəm, bəli, hesabat tələb edirəm. - Siz də şəxsi həyatını sənətə quraban verənlərdənsiniz? - Xeyr! Mən heç nəyi, heç nəyə qurban vermirəm. Bu, doğru da deyil. Kimsə “mən ailəmi qurban verdim”, - deyirsə, yalan deyir. Belə şey yoxdur. Sevgini, ailəni qurban vermək insanların uydurmalarıdır. Məsələn, mənim qurbanım bu olub ki, tamaşam olduğu üçün qardaşımın toyunda iştirak edə bilməmişəm. Rəhmətlik Kamal Xudaverdiyev anasını torpağa tapşıran gün gəlib tamaşada komik rol oynayıb. Əslində, qurban belə şeylərdir. - Sizə “həyatımı sənə qurban verərəm”, - deyən olub? - O qədər. Amma heç birinə inanmamışam. Niyə həyatını mənə qurban verməlidir ki? Heç bu qurbanı qəbul da etmərəm. Hər kəsin həyatı özünə aiddir. Heç kim heç kimə öz həyatını qurban verməməlidir. Qulluğunda dura, ona bağlana, sədaqətli ola bilər. Bunlar hamısı təmənnasız olmalıdır, məqsədli şəkildə yox. “O insan üçün yaşayıram”, “Onunla nəfəs alıram”, - deyə bilər. Onunla ona xoş ola bilər. Yoxsa ki, həyat sənindir, niyə mənə qurban verməlisən?! - Bağlanmaq sevməkdən daha betərdir? - Bağlanmaq elə sevmək deməkdir. Əslində sevməyin nə olduğunu heç kim bilmir. Sevginin düsturu yoxdur. Biri bağlanmağa, o biri darıxmağa sevgi deyir. Hərə sevgini bir cür anlayır. İnsan itə də bağlana bilər. Buna da sevgi deyilir. - İndiyədək kiməsə bağlanmısız? - Bağlanmışam və bağlıyam. - Ananız sizdən gəlin və nəvə tələb edibmi, yoxsa bu seçimləri sizin üzərinizə buraxıb? - Anam gəlin də görüb, övladlarımı da. Bu barədə toxunulacaq yerim yoxdur. Çoxları necə bilir, özləri üçün bilir. Məni kiminsə nəsə bilməsi maraqlandırmır. Özüm bilirəm, bu, yetərlidir. Bilməyənlər bilsin ki, dünyanın hər ölkəsində mənim övladlarım var - mənəvi və cismani... - Doğrudanmı yaraşıqlı kişilərin şəxsi həyatı çətin olur? - Sizə bir sirr açım. Azərbaycan yeganə ölkədir ki, burada bizim sahədə çalışan yaraşıqlı dediyiniz kişilər və qadınlar üçün yaşamaq çox çətindir. Niyə? Bir qadın televizorda yaraşıqlı deyilən aktyoru görəndə desə ki, ondan xoşum gəlir, ya yaxşı aktyordur, o dəqiqə əri deyəcək “rədd elə onu, gör nəyə oxşayır, kanalı dəyiş”. Ya da kişi desə ki, “saxla bu kanalda, bu aktrisadan xoşum gəlir”, arvad o saat deyəcək ki, - “qələt edir, bilirsən o, kimdir, nələr edib?”. Aktrisaya o qədər damğa yapışdıracaq ki. Ona görə də bu tipdən olan insanların sənət sahəsində çalışması, hətta evlənməsi belə, çətindir. Evlənmək barədə də o qədər şayiələr, dedi-qodular qoşurlar ki, adam altından çıxa bilmir. Belə bir psixologiya da var - gözəl qadın görən kimi fikirləşirlər ki, mütləq bunun həyatında kimsə var. Bəlkə də yazıq qadın təkdir. Amma adam düşünür ki, belə gözəl qız ola biməz ki, tək olsun. O cümlədən yaraşıqlı kişi görəndə qızlar fikirləşir ki, bunun yəqin min dənə tanış qızı var. Ancaq tanısan görərsən ki, bəlkə də təkdir. Çox heyf ki, bizdə belə şeylər var və davam edir. Bunu dəyişmək də çox çətindir. Yəqin ki, getdikcə dəyişiləcək. - İndiyədək özünüz haqda eşitdiyiniz ən heyrətamiz şayiə hansı olub? - Şayiələrin hamısı heyrətamiz olub. O vaxt bir müddət Azərbaycanda olmadım. Şəhərdə söz-söhbət gəzirmiş ki, Füzuli nakam məhəbbətin qurbanı olub, kimisə sevib, qoymayıblar evlənməyə, o da baş götürüb qaçıb. Qız tərəfin güclü adamları olub. “Türkiyədə dəri alveri edir”, - deyənlər də olub. Mənim haqqımda şayiələr daha çox qadınlarla bağlı olub. Heç birinə də fikir verməmişəm. Çünki nə qədər fikir verdin o qədər də artır. Qoy, nə deyirlər desinlər. İnsanlar başları qarışmaq üçün nəsə danışmalı, deməlidirlər axı. - Heç səhnədə kiməsə vurulmusunuz? - “Arvadım olsun” deyə yox, amma oyununa vurulduğum aktrisalar olub. Hətta özüm oynayanda tərəf müqabilimin oyunu yaxşı, ürəyimcə olursa, vurulmuşam. Amma evlənmək mənasında yox, sadəcə bir aktrisa, bir qadın kimi. Bu peşə oyun tərzidir. Oynadığı rol həyatda olsaydı, bəlkə də onu çox sevərdim. Amma təbii ki, əsər bitəndən sonra insan dönür özünə. Amma o cür istedadlı aktrisaları hər zaman çox istəmişəm. İşini vicdanla görən hər aktrisaya hörmət edir və dəyərləndirirəm. Lakin bu peşənin içərisində tam olduğum üçün heç bir aktrisaya qadın kimi vurulmamışam. Təbii ki, xoşum gələnlər, bəyəndiklərim olub. - Münasibətləri dərinləşdirməyə nə mane olub? - Çox şey. Amma o cür insanlarla dostluq münasibətlərimi hər zaman saxlayıram və saxlayacam da. - Qadınların məhəbbət etiraf etməsinə necə baxırsınız? - Qadınlar adətən məntiqlə yox, hissləri ilə yaşayırlar. Əgər etiraf etdiyi hissdə məntiq varsa və səmimidirsə, çox yaxşı baxıram. Bu, normaldır. Əslində insan mütləq qarşı tərəfə istəklərini deməlidir. İnsan içindən keçəni dilə gətirməlidir. Ruslardan tərcümədə belə bir söz var: ““Yox” cavabının özü də cavabdır”. Yəni heç olmasa bilirsən ki, “hə”, ya “yox”. O zaman insan qarşısındakına daha diqqətlə yanaşmağa və düşünməyə başlayır. Sonra onun haqqında fikirləşirsən, daha dərindən maraqlanmağa, öyrənməyə başlayırsan. - Kişiləri psixologiyasına görə ovçuya bənzədirlər, yəni qaçanı qovarlar. Bəlkə buna görə bəzən məhəbbətini etiraf edən qadın kişinin gözündən düşür, marağı itir? - Qadın, məhəbbətini etiraf edəndə heç də kişinin gözündən düşmür. Təbii olan hər şey çox gözəldir. Yəni nə qədər eybəcər görünsə də, qadınlar öz simasında daha gözəldir, qrimsiz, rəngsiz, öz qaşları yerində. Çünki əvvəl-axır belə olacaq. Ona görə bütün dünya təbiiliyə qaçır. O cümlədən də insan münasibətlərində. Heç zaman qaçanı qovmuram. Qaçan qaçdı, sənin deyil. Əgər sənindirsə, dayanacaq və etiraf edəcək. Stanislavskinin belə bir sözü var: “Bu peşədə nə eksperiment istəyirsən et, amma sonda həyata, reallığa qayıdacaqsan”. Təbii olan hər şey gözəl və ləzzətlidir. Və təbiilikdən heç vaxt doymaq olmur. - Sizə məhəbbətini etiraf edən çox olub? - Buna məhəbbət deməzdim. Amma peşəmi, oynadığım rollarımı çox bəyəniblər. Vizual olaraq, fiziki görünüş baxımından qəbul edənlər də olub. - İlk dəfə nə zaman vurulmusunuz və məhəbbətinizi etiraf etmisiniz? - Oğlanlar adətən orta məktəb müəllimlərinə vurulurlar. Allah rəhmət etsin, müəlliməm çox yaxşı qadın idi. Vurulmaq yox, xətrini çox istəyirdim. 5, ya 6-cı sinifdə oxuyanda nənəmgilin qonşuluğuna qonaq gələn bir qıza vurulmuşdum. Onu görmək istəyirdim, danışa da bilmirdik. Kitab cümlələri qururdum, çiçək dərib verirdim. O vaxt insan heç bir hissini deyə bilmir. Məktub yazmaq istəyirdin, amma deyirdin birdən kimsə bilər (gülür). Amma indiyədək heç zaman etiraf etməmişəm. Çox istədiyimi, itirmək istəmədiyimi demişəm. - Doğrudanmı kişilər analarına oxşayan qadını daha çox bəyənirlər? - Hardasa bu fikirlə razıyam. Hətta filosoflardan biri deyib ki, əgər oğlanın xoşuna gəlmək istəyirsənsə, birinci anası ilə tanış ol. Əslində, bu, məqsəddir. Bir müddət anamın yeməklərinə bənzər yeməklər bişirəcəksən, amma əvvəl-axır özün olacaqsan axı. Ona görə bəzi qızlar məqsədlərinə çatınca belə şeylərə diqqət edirlər, özlərinə baxırlar. Amma mən bunun tərəfdarı deyiləm. Nə qədər tez onun gerçək üzünü görsəm, o qədər yaxşıdır. Ancaq əksər kişilər analarına oxşar qadın axtarır. Çünki gözünü açır anasını görür. Anası bişirdiyi yeməyin dadını hər zaman axtarır. Anası kimi qulluğunda dayanan olmur. Ana kimi əzizləyən olmur. Amma mənim üçün belə bir çərçivə yoxdur. - Sevgisi bitən, lakin övlada görə ailəsini dağıtmayan insanlar çoxdur. Əgər siz belə bir situasiyaya düşsəniz, hansı addımı atarsınız? - Sevgim bitərsə, həmin insanla bir gün, bir saniyə də yaşamaram. Bitən bitdi. Ona görə də heç kimə dərin hisslərlə bağlanmıram. İncə tellərlə bağlanıram ki, qırılanda üzülməyim. 2-ci dünya müharibəsində milyonlarla kişi öldü. Onların övladları böyümədi? Uşaq doğulubsa, ruzisi də yetiriləcək, böyüyəcək də. İnsanın heç kimə, hətta öz övladına da yazığı gəlməməlidir. İnsanın yazığı gələcək yeganə adam varsa, o da onun özüdür. - Psixoloqlardan biri deyib ki, kişilər ailə qurduqdan sonra hisslərini, özünə olan marağı yenidən sübut etmək üçün kiməsə vurulur. - Mən kişilərin vurulmasına yaxşı baxıram. Amma nə qədər vurulur vurulsun, axşam evinə, ocağının başına gəlirsə, bu, normaldır. Ovçuluq instinkti kişilərdə hər zaman var. Sadəcə qadınlar bunu xəyanət adlandırır. Amma ova çıxmaq, ovlamaq kişinin xislətidir. Bunu qəbul edin, qadınlar. Kişiləri belə qəbul etməlisiniz. Amma siz çalışın elə olsun ki, kişi başqasına vurulmasın. Vurulmaq istəyəndə sizə vurulsun. Qadınlar kişini o saat çərçivəyə salır ki, mənimdir və bitdi. Belə deyil. - Bir qadın sizin diqqətinizi necə cəlb edə bilər? - (fikrə gedir). Bir baxışla, bir hərəkətlə. Bu barədə mən çox diqqətliyəm. Mənə elə gəlir ki, dəqiq oxuya bilirəm. Hətta kiçicik bir işarəti belə, tam hiss edə bilirəm. Gözlərdə bir az işartı, qığılcım lazımdır. Bu işığı gördümsə, artıq biz sözsüz danışırıq. O baxışlarda səmimiyyət, təbiilik, işıq, ehtiras, qayğı, heyranlıq da olmalıdır. Qəmli baxış da cəlb edir. - Sizin haqqınızda “çətin insan” deyirlər. Sizcə, niyə? Doğrudanmı çətin insansınız? - Mən özümü elə də çətin hesab etmirəm. Əskinə, çox rahat insanam. Sadəcə realistəm. Ola bilər hamı kimi deyiləm. Əslində, bu, yaxşı şeydir. Hamının eyni olmasından zəhləm gedir. Fərqlilik olmalıdır. - Kişi aktyorların açıq-saçıq səhnələrə çəkilməsinə və ya bu cür tamaşalarda oynamasına necə baxırsınız? Özünüz açıq-saçıq səhnələrə çəkilərsiniz? Bu gündən sonra… - Çox normal baxıram. Açıq-saçıqlıq deyiləndə bizdə bir az ikrah hissi yaranır. Müəllimlərimdən biri, rəhmətlik Nəsir Sadıqzadə demişdi ki, səhnədə nə istəsən, etmək mümkündür, amma tamaşaçıda ikrah hissi yaratmasın. Açıq-saçıq səhnələri elə göstərmək olar ki, hətta ondan həzz alarlar. Bu, bu peşənin əsas amillərindən biridir. Moskva teatrı “Master və Marqarita” tamaşası ilə Bakıya səfərə gəlmişdi. 80 aktyordan 50-60 nəfər səhnəyə lüt çıxmışdı. Rejissor bunu elə təqdim etmişdi ki, tamaşaçıda ikrah hissi yaratmırdı. Açıq-saçıq səhnələr ideyaya xidmət edirsə, estetik baxımdan ikrah hissi oyatmırsa, çəkilərəm. Lakin erotika və pornoqrafiya mənlik deyil. - ırHHər kişinin bir Təhminəsi varmı? - Mənə elə gəlir ki, hər Təhminəyə bir Spartak lazımdır. Hər Təminənin bir Spartaka ehtiyacı var. Hər kişinin bir Təhminəyə ehtiyacı olmaya bilər. Geri dön |