Ana Sayfa > Xəbər > Fəzail Ağamalıdan Adil Əliyevə cavab gəldi...
Fəzail Ağamalıdan Adil Əliyevə cavab gəldi...16-06-2015, 13:04. Yazar: admin |
Azərbaycan Kinqboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev Avropa Oyunlarında erməniyə uduzan idmançımız Həsən Əliyevi qınayanları sərt tənqid edərək onları adamcıqlar adlandırıb. Qeyd edək ki, Həsən Əliyevi tənqid edən şəxslərdən biri də millət vəkili Fəzail Ağamalı olub. Deputat Moderator.az-a açıqlama verərək həmkarı Adil Əliyevin fikirlərinə münasibət bildirib: Bu hər şeydən öncə bir idman turniridir, yarışmalarda udan da, uduzan da olur. Amma burda bir məqam var, bizim idmançı erməniyə qarşı olan zaman bütün xalqımız onun erməniyə qalib gəlməsini arzulayır. Ermənlər Azərbaycan ərazisinin 20%-ni işğal edərək günahsız insanlarımızı qətlə yetiriblər. Məhz bu amillər Azərbaycan insanının erməni idmançıya qarşı bu formada münasibət formalaşdırıb. Biz məğlub olan idmançımızın yanında olmalıyıq, ona dəstək verməliyik. Ondan öncə də bizim bir başqa idmançımız erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Həmkarımın sözlərinə gəldikdə is hesab edirəm ki, hər bir şəxs dediyi sözü deməzdən əvvəl ölçüb biçb sonra danışmalıdır. Geri dön |