Ana Sayfa > Xəbər > Erməni idmançı etiraf etdi: "Azərbaycanın güləşçiləri çox güclüdür..."

Erməni idmançı etiraf etdi: "Azərbaycanın güləşçiləri çox güclüdür..."


16-06-2015, 11:43. Yazar: admin
Erməni idmançı etiraf etdi: "Azərbaycanın güləşçiləri çox güclüdür..."
Bakıda start götürmüş I Avropa Yay Oyunlarının ilk iki günü ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Yığmamız artıq 6 medal qazanıb ki, onun da üçü qızıldır. Rusiya da geri qalmır. Şimal qonşumuza ilk qızılı isə erməni əsilli güləşçi Stepan Maranyan qazandırıb. O, 59 kq-lıq çəki dərəcəsində yunan-Roma güləşi üzrə birinci olub.

Erməni güləşçi sevinc hisslərini və Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Mənə evdə anam, xanımım, bütün bacılarım və qardaşlarım azarkeşlik edir. Təsəvvür edirəm, indi evdə nələr baş verir. İlk Avropa Oyunlarında güləşə münasibət mənim ürəyimcədir. Burada güləşi sevirlər . Azərbaycan güləşçiləri çox güclüdür. Onlar bu il komanda hesabı ilə dünya kubokunu alıblar. Belə demək olar ki, onlar bizim əsas rəqibimizdir”.

“Zalın işıqlandırılması güclüdür. Güləş üçün zal sadəcə, çox böyükdür” – qeyd edib idmançı. Bakı haqda danışan güləşçi olimpiya kəndindən kənara çıxmadıqlarını söyləyib. “Ancaq zala gedəndə və geri qayıdanda – çox gözəldir.
Mənbə : Musavat.com

Geri dön