Ana Sayfa > Xəbər > Xoşqədəm 21 illik həsrətə son qoydu

Xoşqədəm 21 illik həsrətə son qoydu


15-06-2015, 15:22. Yazar: admin
Xoşqədəm 21 illik həsrətə son qoydu
Xoşqədəm Hidayətqızı 21 illik həsrətə son qoydu. Aparıcı Əfqanıstana qaçırılan qadın haqqında danışıb. Tanınmış aparıcı ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, illərdir davam edən axtarış başa çatıb.

"Bilirsiniz, Zəhra xanımın iki qızı Əfqanıstana qaçırılmışdı. O, illərdir ki, qızlarını axtarırdı. Bu yaxınlarda isə qızlarından birinin faciəli ölüm xəbərini aldı. Amma onun digər qızının sağ olması, onların, nəhayət ki, qovuşması, Zəhra xanımın öz nəvələri ilə görüşü onun yarasına heç olmasa məlhəm ola bilər. Bu, bizim üçün çox böyük hadisə - uğur idi. Çünki bir ana öz övladına qovuşub. Mənim üçün bundan böyük hadisə yoxdur. Əgər bir ana sevinirsə, bir ananın gözləri yollardan yığılırsa, mənə elə gəlir ki, ən böyük uğur budur".

Aparıcı bu savabı qazanan, onların Azərbaycana gəlməsi üçün əlindən gələni edən, ananı sevindirən Əfqanıstandakı və ölkəmizdə köməklik edən hər kəsə təşəkkür edib.

Geri dön