Ana Sayfa > Xəbər > “Twitter” şəxsi yazışmalarda işarə məhdudiyyətini aradan qaldırır

“Twitter” şəxsi yazışmalarda işarə məhdudiyyətini aradan qaldırır


15-06-2015, 15:12. Yazar: admin
“Twitter” şəxsi yazışmalarda işarə məhdudiyyətini aradan qaldırır
“Twitter” sosial şəbəkəsi şəxsi məlumatlarda işarələrin sayına olan məhdudiyyəti aradan qaldırmaq niyyətindədir.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən xəbərinə görə, əgər əvvəllər yazılan işarələrin sayı 140 idisə, iyul ayından etibarən bu say 10 min olacaq.

“Twitter Inc” şirkətində “Direct Messages” layihəsinin rəhbəri Saçin Aqarval bildirib ki, istifadəçilər mütəmadi olaraq yeni imkanları sınaqdan keçirməlidirlər. Çünki yeniliyin tətbiq olunacağı dəqiq vaxt məlum deyil.

Qeyd olunur ki, bu dəyişikliklər ancaq istifadəçilərin şəxsi yazışmasına aid olacaq. Amma tvitlərdəki yazışma işarəsinin sayı yenə 140 olaraq qalacaq.

Bir qədər əvvəl isə “Twitter” sosial şəbəkəsinin baş direktoru Dik Kostolonun iyulun 1-dən etibarən tutduğu vəzifədən gedəcəyi ilə bağlı məlumat yayılıb.

Geri dön