Ana Sayfa > Xəbər > "Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarına bilet alıb"

"Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarına bilet alıb"


15-06-2015, 14:47. Yazar: admin
"Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarına bilet alıb"
"İkinci dəfədir ki, Bakıya gəlirəm. Kiçik qızımla birgə Avropa Oyunlarına tamaşa etməyə gəlmişəm. Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarında yarışlara bilet alıb".

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə ingiltərəli turist Karalayn Tod deyib.

O bildirib ki, Avropa Oyunlarında güləş, boks, gimnastika və sinxron üzgüçülüyə biletləri var: "Azərbaycanda yaxşı vaxt keçirəcəyəm. Avropa Oyunları çox maraqlı keçir. Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib. Bakı mənim çox xoşuma gəlir, gözəl görünüşü var, insanlar çox qonaqpərvər və mehribandırlar".

K.Tod Azərbaycanın digər regionlarına, o cümlədən Qobustana getdiyini bildirib: "Qobustan dağları çox xoşuma gəldi. Ümumiyyətlə, Azərbaycanın çox gözəl təbiəti və iqlimi var. Azərbaycanın həm də dadlı xörəkləri var".

Geri dön