Ana Sayfa > Xəbər > "Abdullah Gülə dedilər ki, həyat yoldaşınız başı örtülü olduğu üçün..."
"Abdullah Gülə dedilər ki, həyat yoldaşınız başı örtülü olduğu üçün..."15-06-2015, 14:44. Yazar: admin |
Türkiyənin keçmiş prezidenti Abdullah Gülün baş müşaviri olmuş Əhməd Sevər "Abdullah Güllə 12 il" adlı kiatab yazıb. Avropa.info xəbər verir ki, Sevər yazdığı kitabda bir çox gizli məqamlara toxunub. Kitabda 2007-ci ilin yazında Gülün o zamankı MİT rəhbəri Əmrə Taner ilə etdiyi bir söhbət qələmə alınıb. "Həmin dövrdə xarici işlər naziri olan Abdullah Gül prezident olmaq istəsə də, ordu, Ali Məhkəmə və CHP buna qarşı idi. Gül, bu kritik bir toplantının sonunda "bir az danışaq" deyərək Taneri yandakı otağa dəvət edir. Taner, danışmaqda çətinlik çəkərək və sıxıntılı bir şəkildə Gülə " Bu olanlar böyük haqsızlıqdır. Təəssüf ki, ailə tərzinizdən, həyat yoldaşınızın başı örtülü olmasına görə sizi prezident görmək istəmirlər." Gül, hirslənərək Tanerə bu cavabı verir: "Get onlara söylə. Mən bu işə başımı qoydum. Əllərindən gələni arxalarına qoymasınlar. Eynən belə de"" Geri dön |