Ana Sayfa > Xəbər > Yəmən husiləri qətliam törədir

Yəmən husiləri qətliam törədir


15-06-2015, 13:32. Yazar: admin
Yəmən husiləri qətliam törədir
Türkiyənin Anadolu Agentliyinin xəbərinə görə Yəməndə İranın dəstəklədiyi husi Ensarullah Hərəkatı Ədən – Əbyən yolunda 11 mülki vətəndaşı qətlə yetirib.

Avropa.info xəbər verir ki, Ədəndəki səhiyyə ocaqlarının yaydığı məlumata görə husilərin minaatanlardan açdığı atəş nəticəsində 11 mülki vətəndaş həlak olub.

Həlak olanlardan 5-nin Ədən – Əbyən yolundakı bir avtobusun minaatanlardan atəşə tutulması zamanı həlak olduğu bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya aid hərbi təyyarələr paytaxt Sana, Taiz, Covf və Zamar şəhərlərində husilərin mərkəzlərinə zərbələr endirib.

Geri dön