Ana Sayfa > Xəbər > Sumqayıt sakinləri bu marketdən ərzaq almasın

Sumqayıt sakinləri bu marketdən ərzaq almasın


16-03-2015, 16:42. Yazar: admin
Sumqayıt sakinləri bu marketdən ərzaq almasın
İstehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Geri dön