Ana Sayfa > Xəbər > “Ermənistanda bütün müxalifət Serjikə tabedir”

“Ermənistanda bütün müxalifət Serjikə tabedir”


11-06-2015, 16:47. Yazar: admin
“Ermənistanda bütün müxalifət Serjikə tabedir”
“Sarkisyan onların pullarını verəndə susurlar”

Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu “Hayakun” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Aqasi Yenokyan deyib. Yenokyan bildirib ki, ölkədə normal müxalifət üç aydan artıq davam gətirmir:

“Mən özüm mühacirəm deyə demirəm, amma ölkədə sağlam müxalifət yoxdur. Ermənistanda bütün müxalifət Serjikə tabedir. Sarkisyanın hakimiyyəti o qədər diktatorial xarakter alıb ki, artıq xarici diasporalar belə ona söz yeridə bilmirlər. Bütün müxalifət partiyaları dövlətin planlı “mitinqlərini” həyata keçirir. Onlar gizli yollarla hakimiyyət tərəfindən maliyyələşdirilir. Xalqın gələcəyinə ümid etdiyi “Vahid Ermənistan bloku da artıq “qarabağlılara” satılıb”.

Geri dön