Ana Sayfa > Xəbər > Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu aşağı saldı

Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu aşağı saldı


11-06-2015, 15:51. Yazar: admin
Dünya Bankı Azərbaycan üzrə iqtisadi artım proqnozunu aşağı saldı
Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycanda ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır.

"Trend" xəbər verir ki, bu barədə "Global Economic Prospects" bankının saytında yerləşdirilən iyun ayının hesabatında qeyd olunur.

Əvvəlki hesabatdakı məlumata görə, cari ildə Azərbaycanda ÜDM artımı 4,4 faiz səviyyəsində gözlənilirdi.

Yenilənmiş hesabatda isə deyilir ki, DB 2016-cı ildə Azərbaycanda ÜDM artımını 2,6 faiz, 2017-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını gözləyir.

Bankın qiymətləndirmələrinə görə, bununla yanaşı, Avropa və Mərkəzi Asiya ölkələrində (DB-nin Azərbaycanı da aid etdiyi) iqtisadi artım 2015-ci ildə 1,8 faiz, 2016-cı ildə 3,4 faiz, 2017-ci ildə 3,6 faiz təşkil edəcək.

Geri dön