Ana Sayfa > Xəbər > Fuad Ələsgərov: “Onlara qarşı tədbir görülməlidir”
Fuad Ələsgərov: “Onlara qarşı tədbir görülməlidir”11-06-2015, 15:15. Yazar: admin |
“Son illərin statistikası göstərir ki, cinayət məsuliyyətinə cəlb edilən, məhkum edilən şəxslərin illik ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayətini törədənlər təşkil edir”. AzVision.az xəbər verir ki, bunu Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, Azərbaycanda cinayətkarlığın və cinayətkarlığa qarşı mübarizənin vəziyyəti daim tədqiq edilir: “ Hüquq-mühafizə orqanların fəaliyyətində bu cür cinayətlərlə mübarizə daim diqqət mərkəzindədir. Bu işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması, plenumun keçirilməsi çox önəmlidir” . F. Ələsgərov qeyd edib ki, qanunvericiliyə görə məhkəmələr müvafiq cinayət işlərinə hüquqi qiymət verməklə yanaşı, buna şərait yaradan halları da müəyyən etməli, aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir: “Bu cinayəti dolanışıq halına çevirmiş şəxslərə qarşı tədbir görülməlidir ki, onlar yeni dələduzluq imkanlardan məhrum edilsinlər. Azərbaycanın dinamik inkişaf etdiyi bir şəraitdə məhkəmələrin fəaliyyətinin də hər zaman təkmilləşdirilməsi zəruridir” . Geri dön |