Ana Sayfa > Xəbər > "Qayınanamla aramızda inciklik olur" - İradə
"Qayınanamla aramızda inciklik olur" - İradə16-03-2015, 16:03. Yazar: admin |
“Yenicə ailə quranda öz evimizə getmirdim, qayınanamgilin yanında qalırdım. Axırda qayınatam dedi ki, o evi sizə niyə almışıq, heç orada yaşamırsız. Çox gözəl insanlardır. Qayınanam çalışır ətrafındakılara ancaq sevgi, diqqət versin. Onun kimi insan yoxdur. Ondan gözəl şeylər öyrənmişəm”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova deyib. Qayınanasının ünvanına təriflər yağdıran sənətçi incidiyi məqamlar olduğunu da danmayıb: “İnsanlar məni qınayır ki, yalan danışır. Heç qayınana-gəlin arasında belə mehribançılıq olar? Əlbəttə, qayınanamla aramızda inciklik olur. Amma onları tərəziyə qoyanda yaxşılığın daha çox olduğunu görürsən və incikliyi unudursan”. Sənətçi qardaş ölkədə olarkən Azərbaycan üçün darıxdığını etiraf edib: "Türkiyədə olanda vətənimin havası, suyu, hər şeyi üçün darıxıram. İradə orada ögeydir. Başqa cür mümkün olmur". Qeyd edək ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə ailəlidir. Cütlüyün İpək adlı qızı var. Geri dön |