Ana Sayfa > Xəbər > Şövkət Tağıyeva vəfat etdi

Şövkət Tağıyeva vəfat etdi


11-06-2015, 12:32. Yazar: admin
Şövkət Tağıyeva vəfat etdi
Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professor Şövkət Tağıyeva vəfat edib.

APA-nın xəbərinə görə, Şövkət Tağıyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun bu gün dəfn olunacağı bildirilib.

Qeyd edək ki, Şövkət Əzizağa qızı Tağıyeva 1926-cı ildə anadan olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi (1948-1958), Şərqşünaslıq İnstitutunda baş elmi işçi (1958-1976), şöbə müdiri (1976-1992) işləyib. 1992-ci ildən həmin institutda aparıcı elmi işçi kimi çalışıb.

İranın, Cənubi Azərbaycanın yeni və ən yeni tarixini tədqiq edib. Elmi fəaliyyətə İranda, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb.

Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin yaradıcısı və rəhbəri olub.

"Cənubi Azərbaycan tarixi oçerki 1828-1917" (Bakı,1985), "Cənubi Azərbaycan tarixi məsələləri" (Bakı, 1989-1991) kitablarının əsas müəlliflərindən biri, elmi redaktoru olub.

Ş. Tağıyeva milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.

Geri dön