Ana Sayfa > Xəbər > Tarif Şurası dərman bazarı siyasətini açıqladı

Tarif Şurası dərman bazarı siyasətini açıqladı


11-06-2015, 12:16. Yazar: admin
Tarif Şurası dərman bazarı siyasətini açıqladı
“Birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”.

APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

İ. Məcidov bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır: “Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir".

Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

Geri dön