Ana Sayfa > Xəbər > ABŞ-dan mesaj: “Qarabağda müharibə başlasa...”
ABŞ-dan mesaj: “Qarabağda müharibə başlasa...”11-06-2015, 11:37. Yazar: admin |
Regiona səfəri çərçivəsində ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik İrəvanda Ermənistan prezidenti və xarici işlər naziri ilə yanaşı, bu ölkənin Milli Məclisinin deputatları ilə də görüşüb. AzVision.az xəbər verir ki, Ermənistan səfəri ilə bağlı “Azadlıq” radiosuna müsahibə verən diplomat bəyan edib ki, əgər Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlasa, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaq”. “168 jam” qəzeti xüsusilə vurğulayır ki, ilk dəfə ATƏT-in Minsk qrupunun həmsədri səviyyəsində “genişmiqyaslı münaqişə” barədə bəyanat verilir: “Son zamanlar Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi fonunda ilk növbədə Rusiya hakimiyyətyönlü ekspertləri Avropa Oyunlarından sonra mümkün hərbi əməliyyatlar barədə danışırlar. İstisna edilmir ki, Olimpiya oyunlarının başlandığı bir ərəfədə Uorlik Ermənistan hakimiyyətini xəbərdarlıq etmək üçün İrəvana səfər edib”-deyə qəzet vurğulayıb. Geri dön |