Ana Sayfa > Xəbər > Bolqarıstan Prezidenti I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcək
Bolqarıstan Prezidenti I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcək11-06-2015, 11:19. Yazar: admin |
Bolqarıstan Prezidenti Rosen Plevneliyev Bakıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməyi planlaşdırır. Bu barədə Trend-ə diplomatik mənbə xəbər verib. Bolqarıstan Prezidenti səfər çərçivəsində həmçinin Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimində Bolqarıstanı Baş nazir Boyko Borisov təmsil edəcək. Nümayəndə heyətinə Bolqarıstanın Milli Olimpiya Komitəsinin sədri və İdman naziri də daxildir. Geri dön |