Ana Sayfa > Xəbər > Səlim Müslümovun qohumunun rayonunda özbaşınalıq

Səlim Müslümovun qohumunun rayonunda özbaşınalıq


16-03-2015, 15:44. Yazar: admin
Səlim Müslümovun qohumunun rayonunda özbaşınalıq
Ağsu rayonunda vəziyyətin gün-gündən gərginləşməsi əhalini ayağa qaldırmaq üzrədir. Bu barədə rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki. Rayonda yaradılan dözülməz şərait əhalini cana yığıb. Sakinlər Vertikal.az-a bildiriblər ki, Ağsu rayonu məmurlar tərəfindən işğal olunub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kurasiyasında olan Ağsu rayonunda nazirin qohumlarından başqa vəzifədə olan yoxdur. İcra başçısı Səlim Müslümovun dayısı olan ənvər Seyidəliyev bütün gəlir mənbələrinə öz qohumlarını yerləşdirib. Bundan başqa, rayon ərazisində təmir adı ilə işlər görülsə də, əslində həmin təmir pərdəsi altında külli miqdarda pullar yeyilir. Belə ki, rayonun əsas küçəsləri qismən asfaltlansa da, qalan küçələr biabırçı vəziyyətdədir. Amma, hesabatlarda rayonun bütün ərazilərinin yollarının təmir edildiyi deyilsə də, həmin ərazilərin asfalt pulları mənimsənilib. Şəhərin görünən mərkəzi hissələrində küçələrin divarları demək olar ki hər 2 aydan bir təmir edilir, bu adla büdcədən milyonlar silinir.
Əhali digər faktları da açıqlayıb. Şikayətçilərin dediyinə görə, Ağsu rayonunda normal yaşayış üçün heç bir şərait yoxdur. Rayon hələ də içməli su üzünə həsrət qalıb. Əhali uzun müddətdir ki bulanıq çay suyu ilə qidalanır ki bu da rason əhalisinin əksər faizinin uzunmüddətli xəstəliklərə tutulmasına səbəb olub. Hər il Ağsu sakinlərinin içməli suya olan tələbatının ödəniləcəyi barədə vədlər verilsə də, bu vədlər elə vəd olaraq qalır. Nəticədə əhali dəhşətli vəziyyətə düşür.
Sakinlər deyirlər ki, Azərbaycanın ən ucqar rayonlarının kəndlərinə təbii qazın verilməsi təmin olunsa da, Ağsu sakinləri bundan da məhrum olub. Bir neçə il əvvəl rayonun bir neçə yaxın kəndlərinə qaz verilsə də, 60 dan çox kənd hal-hazırda da qazssız qalıb. İcra hakimiyyəti hər il əhaliyə söz versə də, hələ ki bu sözə əməl etmək yada düşməyib. Əksinə, sovet dövründə qaz verilən kəndlərin xətləri kəsilib oğurlanır. Ratyon Qaz İstismar İdarəsinin rəhbərliyi icra başçısı Ənvər Seyidəliyevin tapşırığı ilə kəndlərdəki köhnə qaz xətlərini kəsməyə başlayıb. Kəndçilərin şəxsi vəsaiti hesabına çəkilmiş həmin qaz xətlərini kəsməklə icra başçısı iz azdırmaq istəyir ki, guya əvvəllər bu kəndlərdə qaz xətti olmayıb.
Sakinlər deyirlər ki, rayonda elektrik enerjisi də fasilələrlə verilməyə başlayıb. Qış aylarında bu fasilələr daha çox olur ki, rayona verilən elektrik enerjisi əlavə yerlərə satılaraq gəlir əldə olunsun.
Sakinlər deyirlər ki, bu barədə icra başçısına dəfələrlə məlumat verilsə də, bacısı oğlu Səlim Müslümova arxayın olan icra başçısı Ənvər Seyidəliyev sakinləri qəbul etmir, onların şikayətlərini eşitmir.

Geri dön