Ana Sayfa > Xəbər > İqtisad Universitetində Milli Qurtuluş Günü qeyd olundu (FOTO)
İqtisad Universitetində Milli Qurtuluş Günü qeyd olundu (FOTO)10-06-2015, 16:37. Yazar: admin |
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. ADİU-nun mətbuat xidmətindən Vertikal.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib. F.Heydərov Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə çox ağır dövr yaşadığını söyləyib: “Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. İqtisadi qüdrətə nail olan ölkə Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün də onun davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. ADİU-nun rektoru Ə. Muradov qeyd edib ki, ölkədəki inkişaf əsası Heydər Əliyev tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub. Sonra ADİU-nun “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov çıxış ediblər. Tədbirin sonunda Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirilib. Geri dön |