Ana Sayfa > Xəbər > Azərbaycanda Türkiyədəki seçkilər müzakirə edildi

Azərbaycanda Türkiyədəki seçkilər müzakirə edildi


10-06-2015, 16:33. Yazar: admin
Azərbaycanda Türkiyədəki seçkilər müzakirə edildi
Bu gün Ümid Partiyasının Mərkəzi qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantı iştirakçıları Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib. Qeyd edilib ki, seçkilər dinc, demokratik şəkildə keçirilib. Hakim partiyanın səslərinin azalması da bunu sübut edir. Blok üzvləri ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalmış bir sıra Avropa dövlətləri rəhbərlərinin bu beynəlxalq tədbirdə iştirak etməyəcəyi ilə bağlı səslənən bəyanatları da müzakirə ediblər. Qeyd olunub ki, Avropa dövlət liderlərinin Avropa oyunlarına qatılmamasına səbəb olan problemlərin hakimiyyət tərəfindən həll olunmaması oyunların ölkəmizdə keçirilməsini siyasi cəhətdən iflasa gətirib çıxarıb. Avropa oyunlarının keçirilməsi adı altında insan hüquqlarının tapdalanması, insanların hərəkətinə yaranan məhdudiyyətlər pislənilib. Qeyd olunub ki, insanların məcburi hərəkət məhdudiyyətləri məhdudlaşdırldığı üçün onlara müəyyən güzəştlər edilməlidir.Blok hakimiyyəti bu tədbirin dövlətimiz üçün böyük əhəmiyyət kəsb etməsini nəzərə alaraq Avropa dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən insan haqları, demokratiya barədə irəli sürülən tələbləri yerinə yetirməyə, ölkədə vətəndaş hüquq və azadlıqlarının, söz, mətbuat özgürlüyünün qorunması, siyasi məhbus probleminin həlli, vətəndaş cəmiyyəti institutları üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmağa çağırıb. Blok üzvləri Azərbaycan hakimiyyəti tərəfindən ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdən narahat olduqlarını bildiriblər. Blok üzvləri tərəfindən Azərbaycanın uzun müddət Avropa Şurası, Avropa birliyi və hazırda İslam Konfransı Təşkilatının Avropa birliyində nümayəndəsi olan, diplomat A.Məmmədovun son günlər etdiyi açıqlamalara və hadisə ətrafında baş verənlərə münasibət bildiriblər. Qeyd olunub ki, A. Məmmədov bir vətəndaş kimi öz mövqeyini ifadə edə bilər. lakin bir diplomat kimi məxsus olduğu ölkənin mövqeyini dəstəkləmədiyi üçün geri də çağırıla bilər. Amma hadisədən sonra onun yazdığı şərhi bəyənən digər diplomatlara qarşı təzyiqlər yolverilməzdir və hakimiyyət bunu dərhal dayandırmalıdır.

Geri dön