Ana Sayfa > Xəbər > Ermənilər Bakıda təxribat törədə bilər
Ermənilər Bakıda təxribat törədə bilər10-06-2015, 16:04. Yazar: admin |
Avropa Oyunları öncəsi ölkəmizə qarşı təzyiqlər davam edir. Mötəbər yarışın açılışına iki gün qalsa da ermənipərəst Qərb dairələri və radikal müxalifət boykot çağırışlarını dayandırmır, əksinə basqılar artır. Bu təzyiqlərin arxasında erməni lobbisinin, eləcədə ermənipərət təşkilatların dayandığı danılmazdır. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyanın özünün “twitter” hesabında Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları havasında olduğunu yazaraq yarışları boykota çağırıb. Çox güman ki, mötəbər yarışın Azərbaycanda keçirilməsini həzm edə bilməyən düşmən tərəfi, Bakıya gələn erməni idmançıları Avropa Oyunlarını gözdən salmaq üçün təxribata əl ata bilərlər. Bu gözləniləndir. Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov AzVision.az-a bildirib ki, ermənilər təxribata əl atarlarsa, cavabları yerindəcə veriləcək. “Ağlı olan, özünə hörmət edən adam belə addım atmaz. İnanmıram ki, onlar belə axmaqlıq etsinlər. Hamımız ayıq olmalıyıq, belə axmaq adamlara şərait yaratmamalıyıq”-deyə B.Səfərov bildirib. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, ermənilər hakimiyyət səviyyəsində, müxtəlif vasitələrlə Avropa Oyunlarına qarayaxmağa, oyunları pozmağa cəhd edirlər. Onun sözlərinə görə, erməni lobbisinin sonuncu bəyanatı da Oyunların baş tutmamasına xidmət edir: “Amma niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcəklər. Hesab edirəm ki, erməni idmançılarının Avropa Oyunlarına gəlməsinin özü də təxribatdır. Onlar bu oyunlarda iştirak etməyə yox, təxribat törətməyə gəliblər. Kənardan nəsə etməyə gücləri çatmadı, indi də gəlib Bakıda qanqaraçılıq yaratmağa çalışacaqlar. Hesab edirəm ki, onlar məqam düşən kimi təxribata əl atacaqlar. Biz diqqətli olmalıyıq, onların təxribatlarına getmək olmaz. Mümkün qədər ehtiyatlı davranmağa çalışmalıyıq”. Geri dön |