Ana Sayfa > Xəbər > “Azərbaycan kişilərini avropalılarla müqayisə etməyin”
“Azərbaycan kişilərini avropalılarla müqayisə etməyin”10-06-2015, 14:44. Yazar: admin |
Bu günlərdə əməkdar artist, tanınmış müğənni İzzət Bağırzadə və aktrisa-model Tunay Əliyeva arasında qalmaqal yaşandı. Belə ki, ANS-də yayımlanan “Evdəyik” verilişində İ.Bağırzadənin “Qadın kişi yanında restoranda hesab verməməlidir. Edən alfonsdur” sözlərinə aktrisa sərt reaksiya verib. O, müğənnini dar düşüncəli adlandırıb. Yaranan qalmaqal mətbuatda, sosial şəbəklərdə geniş müzakirəyə səbəb olub. Bəziləri müğənninin, digərləri isə Tunay Əliyevanın haqlı olduğunu qeyd ediblər. Xatıladaq ki, bir neçə il bundan öncə də belə bir qalmaqal yaşanmışdı. Əməkdar artist İzzət Bağırzadə televiziya verilişlərinin birində qadınların açıq şəkildə hər kəsin yanında qəlyan çəkməsini tərbiyəsizlik adlandırmışdı. Müğənni İzzət Bağırzadə məsələ ilə əlaqədar olaraq “Yeni Müsavat”ın əməkdaşına danşıb: -Mənim 40 yaşım var, iki övlad atasıyam, 26 illdir ki, bu sənətimlə məşğulam, bir gün də olsun işimdə fasilə verməmişəm, bu müddət ərzində həm ölkədə, həm də ölkə xaricində çoxlu sayda konsertlərim olub, kliplərimin isə sayı-hesabı yoxdur, 12-13 yaşımdan ağlım kəsəndən namaz qılmışam, bir sıra ziyarətgahlarda olmuşam, bu günəcən içki içməmişəm. Bu baxımdan Tunayın bu cür ifadə işlətməsi doğru deyildi. O verilişə hər kəs kimi mənim də ailəm, anam baxır. Haqqımda bu cür ifadə işlədilməsini arzu etməzdim. Tunay sadəcə hövsələsizlik edərək mənim fikirlərimi axıracan dinləmədi. Lakin o bir xanımdır və onun işlətdiyi hər hansı ifadəyə görə ona qarşı nə efir vasitəsilə, nə də başqa yerdə hörmətsizlik etmərəm. Bu mənim xarakterimə, təbiətimə uyğun deyil. Bu cür hallarla qarşılaşanda istər kişi, istərsə də xanım olsun, ona sakitcə, mədəni tərzdə cavabını verirəm. Xüsusən də efirdə müzakirə zamanı çalışıram ki, kiminsə qəlbinə toxunacaq söz deməyim. -Bəs toylarda? -Toylarda çox olub, gəlib elə bir mahnı istəyirlər ki, o mahnı ya yoxdur, ya da mənim o mahnıdan qətiyyən xoşum gəlmir. Lakin əgər toyu aparıramsa bütün bunları yola vermək məcburiyyətindəyəm. Hər kəsin müxtəlif psixologiyası var... -Deyəsən azərbaycanlı kişilərin avropalılarla müqayisəsini də qəbul etmirsiz? -Həmin vaxt verilişdə də bildirdim, indi də deyirəm, gəlin avropalı kişilərlə Azərbaycan kişisini bir-birinə qatmayaq. Hər ölkənin kişilərinin öz xarakteri, öz xüsusiyyətləri, öz mentaliteti var. Buna görə də başqalarının yaşayış tərzini, xarakterlərini özmüzünkülərlə müqayisə etməməliyik. Mən azərbaycanlıyam və məni başqa ölkənin kişiləri ilə müqayisə etmək lazım deyil. Ola bilsin, bu fikirlərimi kimsə qəbul etməsin, lakin bu təbiətim belədir, başqa cür də düşünə bilmərəm. -Azərbaycan kişisi necə olmalıdır? -Kişi gələr, axşam evində yatar. Hansı xanımın xoşuna gələr ki, ömür-gün yoldaşı, övladlarının atası gecə evə gəlməsin? Şəxsən mən gecə toydan çıxandan sonra birbaşa evimə, ailəmin yanına gedirəm. İnsanın ailəsi, balaları varsa, o həmişə evində olmalıdır. -Müasir xanımlarda nəyi bəyənmirsiz? -Gödək “yubka” geyinib, küçədə əlində siqaret çəkə-çəkə gəzmək və yaxud da cəmiyyət arasında oturub içki içmək müasirlik demək deyil. Və bu mənim xoşuma gəlmirsə bu o demək deyil ki, xanımlar mənim dediyim kimi olmalıdır. Təbii ki, hər kəsin öz düşüncəsi var. Lakin müasirliyi gətirib bu amillərin üzərində qurmaq lazım deyil. -Bəs xanım sürücülərə münasibətiniz necədir? -Maşın sürən xanımlara heç də pis baxmıram. Lakin əlində siqaret maşın idarə edən xanım kənardan heç də yaxşı təsir bağışlamır. Baxırsan ki, gözəl-göyçək xanımdır, lakin barmaqlarının arasında siqaret... Müasirlik bu deyil. -Bir müddət öncə də qəlyan çəkən xanımları da qıcıqlandıran fikir bildirmişdiz... - Bəli, xoşuma gəlmir xanım hər kəsin gözü önündə qəlyan çəksin. Bu o demək deyil ki, xanımların qəlyan çəkməsinə qarşıyam. Sadəcə, bunu qapalı yerdə etsə daha etik olduğunu düşünürəm. -Müğənni Yusif Mustafayev bu yaxınlarda açıqlama verərək bildirdi ki, ailəsində heç bir xanımın mobil telefonu yoxdur, yəni özü buna icazə vermir. Sizin də bu cür qadağalarınız varmı? -Bu fikirlə qətiyyən razı deyiləm. Anlaya bilmirəm, xanımın mobil telefon işlətməsində hansı qəbahət ola bilər?.. -Efirlərdə az görünürsüz. -Deməzdim bu belədir. Çünki, gün ərzində bəlkə 5 kanalda iştirak edirəm, çağırılan yerə həmişə gedirəm. Məni hansısa verilişə dəvət edəndə ordakı qonaqların kimliyini deyil, yalnız verilişin mövzusunu soruşuram. Görəndə ki, mövzu mənə aid deyil, imtina edirəm. Lakin insanlar artıq efirlərə baxmaq istəmir. Hər kəsin əlində telefon var və yalnız onunla məşğuldurlar. Küçə ilə gedirsən, görürsən ki, hamı başını salıb aşağı telefondan başqa heç nəyi görmək istəmirlər. Geri dön |