Ana Sayfa > Xəbər > Saxta sənəd məsələsi ciddi araşdırılmalıdır – Keçmiş müsavatçılar

Saxta sənəd məsələsi ciddi araşdırılmalıdır – Keçmiş müsavatçılar


10-06-2015, 13:06. Yazar: admin
Saxta sənəd məsələsi ciddi araşdırılmalıdır – Keçmiş müsavatçılar
Müsavat Partiyasının müəyyən pul müqabilində saxta arayışla öz üzvlərini mühacirətə göndərməsi ilə bağlı irəli sürülən ittihamlar səngimir.
İddialarda İsa Qəmbərin Müsavat Partiyası başqanı olduğu dönəmlərdə daha çox yalançı arayış verilməsi məsələsi isə diqqəti cəlb edir.

Modern.az saytı saxta sənəd qalmaqalı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Müsavat Partiyasının keçmiş üzvlərinə müraciət edib.

Müsavat Məclisinin keçmiş üzvü Adil Qeybulla partiyada olarkən ara-sıra bu cür söhbətləri eşitdiyini bildirib: “Hərdən bu cür söhbətlər gedirdi. Lakin bu işlərlə konkret məşğul olmadığım üçün heç nə deyə bilmərəm. Partiyada olmayanda belə söhbətlərə inanmaq çətin olur. Hər halda, bu gün məsələ kəskinliyi ilə ortaya çıxıbsa, bununla bağlı ciddi araşdırma aparılmalıdır. Məsələni ört-basdır etməkdənsə, bunu aydınlaşdırmaq və tədbirlər görmək lazımdır”.

Müsavat Partiyası başqanının keçmiş müavini (İsa Qəmbər zamanında-red.) Qabil Hüseynli isə əl altından kimlərə saxta arayışın verilməsi hallarını müşahidə etmədiyini qeyd edib:

“Mən olduğum dövrdə xaricə getmək istəyənlər Müsavata müraciət edirdi. Bir neçə aylıq üzv olub, vəsiqə alır, bir neçə mitinqdə iştirak edib, şəkil çəkdirirdilər. onlar xaricə gedərkən əllərində Müsavatın vəsiqəsi olurdu. Amma saxta vəsiqənin verilməsi hallarını müşahidə etməmişəm”.

Qabil Hüseynli saxta sənədlərlə bağlı məsələnin aydınlaşdırılmasının vacib olduğunu bildirib: “Bu çox üzücü hadisədir. İnsanlar xaricə getmək üçün öz ölkələrində müxtəlif saxta yollara əl atırlar, müxtəlif partiyalardan istifadə edirlər. Müsavat məhkəməyə müraciət etməlidir və məsələ aydınlaşdırılamlıdır”.

Geri dön