Ana Sayfa > Xəbər > "... özlərinin siyasi ambisiyalarını irəli sürürlər" - Abbas Abbasov
"... özlərinin siyasi ambisiyalarını irəli sürürlər" - Abbas Abbasov10-06-2015, 12:47. Yazar: admin |
"Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün məni Bakıya heç kəs dəvət etmədi. Dəvətsiz yerə isə getmək olmaz”. AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan baş nazirinin sabiq 1-ci müavini, adı son zamanlar "Azərros” təşkilatı ilə qalmaqalda hallanan Abbas Abbasov deyib. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (Azərros) "azerros.ru” saytının müxbiri Tiana Besnyakın suallarına cavab verən Abbasov I Avropa Oyunlarına görə Azərbaycana edilən qarayaxma kampaniyasından da söz açıb: "Onlar Azərbaycana və xalqımıza həsəd aparırlar. Bu baxımdan hücuma keçiblər. Elə Soçi şəhərində keçirilən Qış Olimpiadasını misal çəkmək olar. O zamanlar da Rusiyanı sərt tənqid edirdilər. Bu tarixi faktlardan isə qaçmaq qeyri-mümkündür. Təəssüflər olsun ki, bir çoxları idmanın adından istifadə edərək, özlərinin siyasi ambisiyalarını irəli sürürlər”. Abbas Abbasov Azərbaycanda idmanın inkişafından da danışıb: "Azərbaycanın məqsədi idmanı inkişaf etdirməkdir. Bu isə istənilən ölkədə normal haldır. Rusiyada yaşayan azərbaycanlılar tarixi vətənimizdə keçirilən bu mötəbər yarışda öz idmançılarımıza azarkeşlik edəcək. O cümlədən, Rusiya idmançılarının uğurlarına da sevinəcəyik”. Azərbaycan baş nazirinin sabiq 1-ci müavini müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: "Bu iki ölkə arasında sıx dostluq əlaqələri var. Azərbaycan prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsinin 70-ci ildönümündə Moskvaya gələrək hərbi paradda iştirak etmişdi. İndi isə Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gedəcək. İki qonşu ölkə bir-birini dəstəkləyir. Bu isə bizi çox sevindirir”. Geri dön |