Ana Sayfa > Xəbər > Facebook azərbaycanlı yazıçıya “təxəllüs” verdi

Facebook azərbaycanlı yazıçıya “təxəllüs” verdi


10-06-2015, 07:27. Yazar: admin
Facebook azərbaycanlı yazıçıya “təxəllüs” verdi
Mark Zuckerberg istedadlı yazar Qan Turalını biabırçı vəziyyətə salıb.

Bu haqda sosial şəbəkədə gileylənən ədib məsələni belə şərh edib: “Əziz dostlar, dünən Facebook mənim Qan Turalı adımla girişimə qadağa qoyub dedi ki, bu ad gerçək ada bənzəmir. Dostumdan xahiş elədim ki, məsələni həll eləsin, o da imzamın Qan hissəsindən sonrakı hissəsinə "Yazıçı" adı artırdı və nəticədə Qan Yazıçı Turalı adı alınıb. Düzdür, Facebook bu adı qəbul eləyib, lakin mən belə biabırçı vəziyyətə düşdüm. Bir dəfə də belə olmuşdu, onda da sənəddəki ad soyadımı yazmışdı, Facebooka müraciət etdikdən sonra düzəltdilər. İndi yenə müraciət etmişəm, ümid edirəm ki, düzəldəcəklər”.

Geri dön