Ana Sayfa > Xəbər > Avropa İttifaqının binasında partlayış həyəcanı
Avropa İttifaqının binasında partlayış həyəcanı10-06-2015, 05:31. Yazar: admin |
Avropa İttifaqı Şurası və Avropa Şurasının Brüsseldəki binaları partlayış təhlükəsi səbəbindən boşaldılıb. "Report" xəbər verir ki, bu barədə "Le Soir" nəşrinin jurnalisti Yurek Kuçkeviç öz Twitter səhifəsində yazıb. Narahatçılığa kompleksin dayanacağındakı avtomobil səbəb olub. Hadisə ilə əlaqədar avtomobillərin hərəkəti də dayandırılıb. İlkin məlumatlara görə, faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Hazırda nəqliyyatın hərəkəti bərpa olunub. Geri dön |