Ana Sayfa > Xəbər > ABŞ səfiri Müsavatda seçki danışıqları apardı

ABŞ səfiri Müsavatda seçki danışıqları apardı


9-06-2015, 11:55. Yazar: admin
ABŞ səfiri Müsavatda seçki danışıqları apardı
Müsavat başqanın müavini Səxavət Soltanlı Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın partiyanın qərargahında rəhbərliklə keçirdiyi görüşdə müzakirə edilən məsələlərdən danışıb.

S. Soltanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, görüşdə qarşıdan gələn parlament seçkiləri, Müsavat Partiyasının seçkidə iştirakı, hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və ölkə daxilində baş verən digər ictimai-siyasi durumlarla bağlı da söhbət oldu.Qeyd edim ki, bu görüş Amerika səfirinin xahişi ilə baş tutub. Bir həftə əvvəl səfirlik Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşməyi təklif etdi və biz də buna müsbət cavab verdik”.

* * *15:20

Amerikanın Bakıdakı səfiri Robert Sekuta Müsavat başqanı Arif Hacılı ilə görüşür.

Müsavat.com-a istinadən həmin görüşdən fotonu təqdim edirik. Əlavə məlumat olacaq.

Geri dön