Ana Sayfa > Xəbər > Avropa Oyunları günlərində ermənilər təxribat törədə bilərmi? – EKSPERT ŞƏRHİ
Avropa Oyunları günlərində ermənilər təxribat törədə bilərmi? – EKSPERT ŞƏRHİ9-06-2015, 10:45. Yazar: admin |
“İdmançılar Bakıda olsa da, ermənilərin atəşkəsi pozmasından sığortalanmamışıq”. Bunu Hafta.az-a açıqlamasında politoloq Arzu Nağıyev ermənilərin Bakıda keçiriləcək Avropa Oyunları zamanı təxribat törədib–törətməyəcəyini şərh edərkən deyib. Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşının bildirdiyinə görə, Avropa Oyunlarından əvvəl elə bu günlərdə də cəbhə xəttində heç vaxt atəş səsləri səngiməyib: “Ermənilər hər gün atəşkəsi pozmaqda davam edirlər. Buna baxmayaraq, işğalçı ölkənin müdafiə nazirinin müavini bəyanat verdi ki, Avropa Oyunları müddətində atəşkəsə əməl edəcəyik. Ancaq onlar hər cür təxribata əl ata bilərlər. Buna inanmaq lazım deyil. Bu sadəcə olaraq, onların özlərini “humanist” göstərməsinə hesablanmış bir addımdır. “Dağlıq Qarabağ”ın ərazisində o qədər qoşun növləri var ki, işğalçı ölkənin Müdafiə Nazirliyinə tabe deyillər. Heç separatçı rejimə də boyun əymirlər. Yəni atəşkəsdən sığortalanmaq mümkün deyil. Onlar hər cür təxribata əl ata bilərlər. Bu o demək deyil ki, biz onların hər dediyinə inanmalıyıq. Bizim ordu tam olaraq döyüş vəziyyətinə gətirilib. Silahlı Qüvvələrin bütün qoşun növləri düşmənin istənilən təxribatının qarşısını almaq üçün tam hazırlıq vəziyyətinə gətirilib. İşğalçı ölkə üçün özünün və Rusiyanın idmançılarının burada olmasının onlar üçün əhəmiyyəti yoxdur. Ermənilər buna görə öz təxribatçı əməllərindən əl çəkməyəcəklər”. Xatırladaq ki, Ermənistan tərəfi Avropa Oyunları zamanı onlar tərəfindən atəşkəsin pozulmayacağını bildirib. Geri dön |