Ana Sayfa > Xəbər > Məşhurlar Tolikin ad gününü belə qeyd etdi

Məşhurlar Tolikin ad gününü belə qeyd etdi


6-06-2015, 11:10. Yazar: admin
Məşhurlar Tolikin ad gününü belə qeyd etdi
Azərbaycanın ən məşhur prodüseri, daha çox Tolik təxəllüsü ilə tanınan Tarix Əliyev növbəti doğum gününü qeyd edir. ANS PRESS-in məlumatına görə, Sevil-Sevinc bacıları ona ad günü sürprizi hazırlayıblar.

Səbəbkarın birgə çalışdığı məşhur ulduzlar - xalq artisti, pop diva Aygün Kazımova, Elton Hüseynəliyev və yaxın dostu Rəhim Rəhimli təbrikə gəliblər. Aygün xanımın qəfil gəlişi isə Tolikin kövrəlməsi ilə nəticələnib. R.Rəhimli sevimli ulduzun gələcəyini bilsə də prodüserə sürpriz olsun deyə bu məqamı gizli saxlayıb.

Tarix Əliyev ad günü təəssüratlarını belə bölüşdü: “Mən Allahıma çox bağlı olan insanam. Allahın mənə yaşatdığı hər gün üçün şükr edirəm. 12 illik prodüserlik fəaliyyətim boyunca çalışmışam ki, maraqlı layihələr ərsəyə gətirim. Allaha həm də ona görə şükr edirəm ki, 10 minlərlə tanımadığım insanın sevgisi ilə əhatə olunmuşam. İnstagram fotoservisində hər gün səhifəmdə etdiyim paylaşımların altında xoş sözlər yazıb məni pozitiv enerji ilə yükləyən hər bir izləyicimə təşəkkür edirəm. Bu səhər baş tutan ad günü sürprizinə görə isə dostlarım olan əkiz bacılara təşəkkür edirəm. Aygün xanıma, Elton və Rəhimə də ürəkdən təşəkkür edirəm. Yaxşı ki, həyatımda belə təmənnasız dostlarım var”.

Tolik onu da əlavə etdi ki, 9 iyunda say-seçmə dostlarının əhatəsində ad gününü şəhər restoranlarının birində keçirəcək. Maraqlı olacağını prodüserin sənət fəaliyyətini əks etdirən ən vacib məqamları diqqətinizə çatdırırıq.

Azərbaycan şou-biznesinin yaxın keçmişində cərəyan edən hadisələri analiz etsək açıq-aşkar görərik ki, bu illər ərzində ən çalışqan prodüser elə Tolikin özü olub.
Mütəmadi olaraq xeyriyyə aksiyalarının təşkili, xarici ölkələrdə Azərbaycan diasporunun dəstəyi ilə keçirilmiş tədbirlər, cəbhə bölgələrimizdə torpaqlarımızı düşmənimizdən qoruyan əsgərlər üçün əksər ulduzlarımızın çıxışlar etməsi Tolikin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə bir neçə ağır xəstəlikdən əziyyət çəkən uşaq həm

Tolikin sözü üzə demək bacarığı tamaşaçılar tərəfindən boşuna sevilmədiyini bir daha təsdiq edir.

Onun ilk çalışdığı müğənni Röya Ayxan olsa da hazırda o, Aygün Kazımova və Elton Hüseynəliyevlə işbirliyini davam etdirir. Eltonun həmkarı Sevda Yahyayeva ilə birlikdə Heydər Əliyev Sarayının səhnəsində baş tutmuş konsertinin təşkilatçısı da Tolik oldu. Uğurlu layihələrin müəllifi kimi, ən çox “Qrand” mükafatı qazanmış prodüser də məhz odur. Tolik dəfələrlə Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş xalq konsertlərinə təşkilatçılıq edib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan prodüser, partiyanın gənclər təşkilatnın mühüm tədbirlərində fəal iştirakına görə Fəxri Fərmanlarla təltif olunub.

Geri dön