Ana Sayfa > Xəbər > Ermənilər tutdan zəhərləndi
Ermənilər tutdan zəhərləndi6-06-2015, 10:25. Yazar: admin |
Ermənistanda 25 nəfər insan tutdan zəhərlənib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən bildirilib. Məlumat verilib ki, iyunun 5-dən 6-a keçən gecə Vaan kəndində müxtəlif yaşlarda bir neçə sakin Çambaraka xəstəxanasına yerləşdirilib. Zəhərlənmiş sakinlərdən 7-si 4-14 yaş arasında uşaqlar olub. Xəstəxanaya yerləşdirilmiş şəxslərin hamısında eyni simptomlar qeydə alınıb: ürək bulanması, qusma, ishal, ümumi zəiflik və yüksək temperatur. Zəhərlənmişlərdən 6-sı ilkin tibbi yardımdan sonra evə göndərilib. 19 insan isə hələ də xəstəxanada müalicə olunur. Onlardan 12-nin vəziyyəti yüngül qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə orta ağır dərəcədədir. Tədqiqatlar nəticəsində məlum olub ki, zəhərlənmə sözügedən kənddə yığılan tutdan olub. Geri dön |