Ana Sayfa > Xəbər > Komitə kütləvi şəkildə “kupça” paylayır
Komitə kütləvi şəkildə “kupça” paylayır6-06-2015, 08:28. Yazar: admin |
Gəncədə 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 50-yə yaxın vətəndaşın sənədləri dövlət qeydiyyatına alınması və çıxarış verilməsi məqsədilə qəbul edilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən(ƏMDK) məlumat verib. Komitə bildirir ki, indiyədək respublika üzrə keçirilən kampaniyalardan ümumilikdə 3500-dən çox vətəndaş faydalana bilib. “2015-c ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. Müvafiq dövrdə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb”-deyə, komitə vurğulayır. Xatırladaq ki, komitə tərəfindən bu kampaniya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən həyata keçirilir. Geri dön |