Ana Sayfa > Xəbər > Artur Rasizadə uşaq evləri ilə bağlı yeni qərar verib
Artur Rasizadə uşaq evləri ilə bağlı yeni qərar verib6-06-2015, 08:03. Yazar: admin |
Azərbaycanda “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib Bu barədə baş nazir Artur Rasizadə qərar verib. Qərar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub. Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilməsi ilə əlaqədar Nazirlər Kabineti “Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 19 sentyabr tarixli qərarını ləğv edib. Qeyd edək ki, nizamnamənin mətni ilə aşağıdakı linkdən tanışa ola bilərsiniz. Geri dön |