Ana Sayfa > Xəbər > Bayramda böyük əfv olacaq?

Bayramda böyük əfv olacaq?


16-03-2015, 12:03. Yazar: admin
Bayramda böyük əfv olacaq?
Azərbaycanda yeni əfv gözlənilir.

ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçiləri bildiriblər ki, Novruz bayramı ilə əlaqədar hər il olduğu kimi bu il də yeni əfv fərmanı imzalanacaq.

Lakin bu fərmana kimlərin düşəcəyi, hansı məhbusların əfv olunmaq üçün müraciət etməsi barədə ətraflı məlumat yoxdur.

Ombudsman Aparatından ANS PRESS-ə verilən məlumta görə, Novruz bayramı ilə əlaqədar əfvin veriləcəyi barədə söz-söhbət gəzsə də bunu hələ ki dəqiq söyləmək mümkün deyil. Aparatdan bildirilib yaxın günlərdə əfv qərarı olacaqsa bu haqda mətbuata açıqlama veriləcək.

Geri dön