Ana Sayfa > Xəbər > ABŞ-dan ŞOK ETİRAF: "Əsədlə danışmağa məcburuq"
ABŞ-dan ŞOK ETİRAF: "Əsədlə danışmağa məcburuq"16-03-2015, 12:01. Yazar: admin |
ABŞ xarici işlər naziri Con Kerri Suriya prezidenti Bəşər Əsədlə danışıqlar masasına əyləşə biləcəklərini deyib. Lent.az-ın "Haberturk.com" saytına istinadən məlumatına görə, Kerri Suriyadakı döyüşləri sona çatdırmaq üçün Əsədlə əvvəl-axır müzakirə aparmaq məcburiyyətində olduqlarını etiraf edib. Kerri deyib ki, ABŞ Əsədin islahatlar aparması üçün ona təzyiq göstərməyə davam edir: “Suriyadakı müharibənin hərbi yolla həll edilə bilməyəcəyi ilə razıyam. ABŞ bir yandan problemin Əsədlə danışılaraq diplomatik həllinə çalışır, digər tərəfdən də Suriyadakı müxalifət qüvvələri ilə də işləməyə davam edir". Geri dön |