Ana Sayfa > Xəbər > "Toppuş bacı" 30 kilo arıqladı: "Əməliyyata həyat yoldaşım icazə vermir"
"Toppuş bacı" 30 kilo arıqladı: "Əməliyyata həyat yoldaşım icazə vermir"3-06-2015, 14:33. Yazar: admin |
“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 30 kiloqram arıqlayıb. Bu barədə Lent.az-a aktrisanın özü məlumat verib. O bildirib ki, keçirdiyi son əməliyyatdan sonra bu qədər çəki verib: “Ötən ildən bu günə qədər 30 kilo arıqlamışam. Yeməyimə diqqət edirəm. Xüsusi pəhrizim var. Amma bu arıqlamaq mənə asan başa gəlmədi. Arıqlamaq üçün mədəmi kiçiltdim. Mədəm kiçiləndən sonra isə çəki verməyə başladım. Hələ bir neçə kilo da arıqlamağı düşünürəm”. T.Əliyeva onu da əlavə etdi ki, növbəti dəfə əməliyyat olunmaq istəyir: “Açığını deyim, yenə əməliyyata girib boyun hissəmdə olan artıq çəkiləri yox etdirmək istəyirəm. Amma əməliyyat olunmağıma həyat yoldaşım icazə vermir. Ona görə də bu istəyim istək olaraq da qalıb”. Geri dön |