Ana Sayfa > Xəbər > Millət, aldanmayın! Bulvarda qəndlə çay 2 MANATDIR - VİDEO
Millət, aldanmayın! Bulvarda qəndlə çay 2 MANATDIR - VİDEO3-06-2015, 11:43. Yazar: admin |
Bir neçə gün əvvəl Milli Parkda xidmətə verilən restoranlarda insanları narahat edəcək problemin çözüldüyü barədə xəbər vermişdik. Belə ki, Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov FaktXeber.com-a açıqlamasında, "əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən sizə, "bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz", - deyilərsə və ya hər hası bir divanda (oturacaqda) oturduğunuz üçün sizə deyilsə ki, "burada oturmusunuzsa, çay sifariş etməlisiniz" o zaman heç düşünmədən Bulvarın "Qaynar xətt"inə zəng edin. Qəbul olunan standartlara görə, sadə çay 2 manata, mürəbbəli çay 3 manatadır" söyləmişdi. Amma "Space" televiziyasınbın hazırladığı reportajda bildirilir ki, sadəcə çay, yəni qəndlə 2 manat, mürəbbə ilə 5 manat, mürəbbə, tort, ləbləbi, şikoladla 20 manatdır. Geri dön |