Ana Sayfa > Xəbər > `Dərmanların qiyməti tənzimlənəcək` - Əli Əhmədov
`Dərmanların qiyməti tənzimlənəcək` - Əli Əhmədov2-06-2015, 17:51. Yazar: admin |
`Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin qaydaları müəyyən ediləcək`. Bu sözləri Baş nazirin müavini, Əli Əhmədov bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, dərmanların qiyməti ilə bağlı işlərin böyük hissəsi görülüb. Bu sahədə insanları narahat edən problemlərin həll edilməsinə çalışılır: “Həmin qaydalar əsasında da dərmanların qiymətləri tənzimlənəcək. Artıq işlərin əksər hissəsi görülüb, Əlbəttə qeyd etmək lazımdır ki, bu o qədər də asan deyil. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı lazımi işlər görülür. Qaydalar qəbul olunandan sonra biz çalışacayıq ki, dərmanların qiymətləri sahəsində insanlarımızı narahat edən problemlər aradan qaldırılsın”. Geri dön |