Ana Sayfa > Xəbər > Şuşada doğulan cani prezident olur?

Şuşada doğulan cani prezident olur?


2-06-2015, 13:25. Yazar: admin
Şuşada doğulan cani prezident olur?
İrəvanda hakimiyyət kulislərində olduqca maraqlı və şübhəli proseslər baş verir. Belə ki, iqtidar dairələrində islahatların yeni mərhələsinin başlaması barədə açıqlamalar ictimaiyyətdə ayrı-seçkilik yaratmaqla yanaşı, təlaş da doğurub.

ANS PRESS-in məlumatına görə, "İrates de facto" qəzeti yazır ki, insanlar yeni siyasi vəziyyətdə daha sürətli reaksiya vermək, hansı tərəfə əyilmək, yönlənmək üçün mövqelərini möhkəmləndirirlər: "Grünür ki, 2017-18-ci illərdə keçirilməli olan prezident seçkilər çox tez başladı, daha doğrusu, namizədlərin dəqiqləşdirilməsi dövrü sürətli və erkən başladı. Amma əhalinin hakimiyyətin müxtəlif budaqlarına olan inamsızlığı, etibarsızlığı artır, prezidentlik uğrunda namizədlik üçün açıq mübarizə gedir".

Ümumiyyətlə, bəziləri üçün Seyran Ohanyan üstünlük verilən namizəd sayılır, başqalar üçün potensial rəqib, digərləri üçün isə "hədəf" planından yayınmaq üçün ortalığa atılan "şübhə mənbəyi" hesab olunur.

"İrates de facto" yazır: "Mənbəmizin məlumatına görə, Seyran Ohanyanın adının hakimiyyət tərəfindən ortalığa atılması, yada salınması bəzi şəxslərin əhval-ruhiyyəsini "yoxlamağa" yönəlmiş niyyətin nəticəsidir. Hələlik, hər şey, bütün diqqət onun namizədliyi üzərinə cəmləşdirilib, necə deyərlər, başqa sözlə real namizəd "becərilir".

Maraqlıdır, nədənsə, bu ölkədə hakimiyyətə gəlmək üçün mütləq müdafiə naziri olmaq lazımdır. Yadınızdadırsa, indiki prezident Serj Sarkisyan eks dövlət başçısı Robert Koçaryanın hakimiyyəti dövründə müdafiə naziri olub. İndi də müdafiə naziri olan Seyran Ohanyanın namizədlik üçün seçilməsi təsadüfi deyil. 1962-cı il iyulun 1-də Azərbaycanın Şuşa şəhərində anadan olan Ohanyan 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Ermənilər üçün Qarabağ müharibəsinin əsas simalarından sayılır. O, nankorcasına Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

Serjin yaxın adamı kimi tanınan S.Ohanyan 1999-2007-ci illərdə qondarma DQR-in "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Seyran Ohanyan Ermənistanın müdafiə naziri postunu 2008-ci ildən tutur. Serj tərəfindən belə bir şəxsin seçilməsi təsadüfi deyil və onu göstərir ki, Qarabağ klanı hakimiyyəti təhvil vermək istəmir. Lakin yerli ermənilər isə buna qarşıdır və onların fikrincə, ölkəni bərbat günə salan Qarabağ klanı estafeti ötürə-ötürə hakimiyyətlərinin ömrünü uzatmaq istəyirlər.

Əminik ki, xalq bu saxtakarlığa dirəniş göstərəcək, belə planların qarşısını alacaq, Qarabağ adı ilə iqtidarlarını qoruyan işğalçıları süpürüb atacaq, yerinə qonşularla münaqişələrə üstünlük verən yox, münaqişələrin həllinin faydasını anlayacaq ağıllı şəxslər rəhbər gələcək.

Geri dön