Ana Sayfa > Xəbər > Politoloqdan nikbin Qarabağ proqnozu

Politoloqdan nikbin Qarabağ proqnozu


2-06-2015, 12:00. Yazar: admin
Politoloqdan nikbin Qarabağ proqnozu
“Serbiyanın ATƏT-ə həmsədrlik etməsi və verdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin düşünməyə imkan verir”.

Bunu AzVison.az-a politoloq Elman Nəsirov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiçin Azərbaycan səfərini şərh edərkən deyib.

Politoloq hesab edir ki, Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivlik arta bilər: “ATƏT-in əsas niyyəti odur ki, prezidentlər səviyyəsində görüşə nail olsun. Amma, hələlik bunu həyata keçirmək üçün münbit şərait yoxdur. Çünki, Ermənistan mövqeyində heç bir dəyişiklik etmir. Hər halda ATƏT sədrinin Azərbaycanda olması, ölkə rəhbərliyi ilə görüşləri, proseslə yerində tanış olması, münaqişənin tam mahiyyəti ilə məlumatlandırılması nəticəsiz qalmayacaq”.

E. Nəsirov vurğulayıb ki, erməni girovluğunda olan azərbaycanlıların geri qaytarılması ATƏT-in həll edə biləcəyi məsələdir.

Qeyd edək ki, ötən gün Azərbaycanda olan ATӘT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu vurğulayıb. Bildirib ki, münaqişənin yeganə həlli sülhdən keçir, bunun üçün bütün tərəflərin siyasi iradəsinə ehtiyac var.

"Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar.

Erməni həmkarımla görüşdə bir sıra təşəbbüslər irəli sürəcəyəm. Hesab edirəm ki, Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik",-deyə ATƏT sədri qeyd vurğulayıb.

Geri dön