Ana Sayfa > Xəbər > Saakaşvili: "Artıq əvvəlki kimi yaşamaq alınmayacaq"

Saakaşvili: "Artıq əvvəlki kimi yaşamaq alınmayacaq"


2-06-2015, 11:11. Yazar: admin
Saakaşvili: "Artıq əvvəlki kimi yaşamaq alınmayacaq"
Keçmiş Gürcüstan prezidentinin Odessa vilayətinin qubernatoru təyin olunması haqqında çoxlarını təəccübə gətirən məlumat yayıldıqdan sonra ilk televiziya müsahibəsində Mixail Saakaşvili BBC-yə ilk növbədə korrupsiya ilə və cinayətkar qruplaşmalarla mübarizə aparacağını söyləyib.

Onun sözlərinə görə, prezident Petro Poroşenko bunu anlayır və ondan köhnə qayda üzrə iş gözləmir.

Aydındır ki, yerli iqtisadi və kriminal qruplaşmalar qarşı durmağa çalışacaqlar, Odessa vilayətinin yeni qubernatoru deyir. Lakin o ümid edir ki, tədricən əksəriyyətin dəstəyinə nail olmağa ümid edir, və bu, ona islahatları həyata keçirmək işində kömək edər.

Odessa vilayətinin qubernatoru ilə BBC müxbiri David Stern müsahibə keçirib.

Bölgə üçün yeni başlanğıc

David Stern: Siz mübahisə və fikir ayrılığı doğuran şəxsiyyətsiniz. Bunu hətta tərəfdarlarınız deyir. Sizin barənizdə daha pis rəqiblərinizin rəyləridir. Sizcə, hazırda bu qədər anlaşılmazlıq yaşanan, vəziyyətin bu qədər gərgin olduğu Odessaya sizin kimi bir şəxsin göndərilməsi yaxşı ideyadır?

Mixail Saakaşvili: Mənim siyasi fəaliyyətimlə bağlı hər hansı fikir ayrılığı və qalmaqal həmişə sovet modelli korrupsiyalaşmış, cinayətkar şəraitdə həyata keçirdiyimiz islahatlara və dəyişikliklərə aiddir.

Bütün bu xarakteristikaları tamamilə Odessa vilayətinə də aid etmək olar, harada ki bütün korrupsiya növlərini təmsil edən, xüsusi qruplaşmaların, tək yerli yox, bütün Ukrayna regionlarının maraqları cəmləşir. Və bu, mənim üçün çox maraqlı meydan oxuma olar. Siz sərt davranmasanız, sözü üzə açıq deməsəniz, müəyyən maraqlara meydan oxumasanız, bu problemlərin öhdəsindən gələ bilməzsiniz. Hamı üçün yaxşı olmağa çalışsan – bununla heç bir şeyə nail olmazsan.

Ümid edirəm ki, tək prezident Poroşenko deyil, Ukrayna hökumətinin digər üzvləri də anlayarlar ki, artıq əvvəlki kimi ömür sürmək alınmayacaq. Məncə, prezident bunu anlayır. Mənim təyinatım onun hamı üçün gözlənilməz çox qeyri-adi, çox radikal qərarlara meylli olduğundan xəbər verir. Burada hər şey başqa cür olacaq.

D. S.: Bunlar zorakılıq istiqaməti ala bilərmi?

M. S.: Düşünürəm ki, hökumət korrupsiya ilə mübarizədə təşəbbüsü öz əlinə alsa, cəmiyyətin əksəriyyəti bizim tərəfimizdə olar, və bu insanlara qarşı getmək çox çətin olar. Əlbəttə, müəyyən cəhdlər olacaq. Lakin biz bunun necə işlədiyini bilirik. İnsanlar düzgün istiqamətdə hərəkət etdiyimizi hiss etsələr, bizi dəstəkləyəcəklər.

D. S.: Bundan əvvəl sizə Ukrayna baş nazir müavini vəzifəsi təklif edilmişdi. Siz bundan imtina etdiyinizi Gürcüstan vətəndaşlığından imtina etmək istəmədiyinizlə izah etmişdiniz. Bu dəfə siz qubernator olmağa razılaşıb Gürcüstan vətəndaşlığını qurban verdiniz. Son bir neçə ayda nə dəyişdi?

M. S.: Birincisi, Gürcüstan hökuməti, mən indiki hakimiyyəti nəzərdə tuturam, mənə qarşı - bütün dünya üçün gülünc görünən – ittihamlar irəli sürüb... Lakin çox mümkün ki, Gürcüstan pasportunu saxlayaraq mən özümü Gürcüstanda həbsə düçar etmiş oluram. Bu, müvəqqəti vəziyyətdir, lakin mənim üçün acı həqiqətdir. Mən öz müttəhim statusuma, yalnız buna görə Gürcüstandan kənarda yaşamağa məcburam. Digər səbəb Odessanın Gürcüstandakı vəziyyətlə sıx bağlı olmasıdır.

Nə vaxtsa – Allah eləməsin! – Odessa süqut etsə, onda Gürcüstanı da xəritədən silə bilərlər – bax budur onları birləşdirən. Bu çox aydın görünür, bölgənin geosiyasətinə diqqətlə baxsanız. Odur ki, əlbəttə, bu təklifə razılıq verəndə mən həmçinin Gürcüstan maraqlarını nəzərə almışam. Bu, Putinə qarşı durmaqda, korrupsiya ilə mübarizədə və Ukrayna və bütün region üçün yeni standartlar yaratmaqda əsil cəbhə xəttidir.

D. S.: Bəs Rusiyaya dair?..

M. S.: Odessa – onların mentalitetinin bir hissəsidir. Bu, onların irsinin hissəsidir, onların qəlbini anlamağa kömək edən nəsnədir. Bu isə o deməkdir ki, biz Odessada uğurlar əldə etməyə başlasaq və düzgün istiqamətdə getsək, bu, Rusiyada situasiyaya çox böyük təsir göstərər.

Fikrimcə, mənim təyinatımla bağlı Medvedevin [Rusiyanın baş naziri] o dərəcədə əsəbi reaksiyasının prinsipial səbəbi budur. Rusiya KİV-lərinə də hər tərəfdən mənə hücum etmək göstərişi verilib. Məncə, onlar risk dərəcəsini yaxşı anlayırlar. Söhbət o qədər də mənim şəxsiyyətimdən getmir; bu, region üçün yeni şans, yeni başlanğıcdır – hansı ki, tək Rusiya hərbçiləri ya ekspansionist maraqları üçün deyil, həm də onların öz daxili mentaliteti üçün strateji əhəmiyyət kəsb edir.

Geri dön