Ana Sayfa > Xəbər > Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm


1-06-2015, 17:53. Yazar: admin
Bakı metrosunda ölüm
Bakının Metropoliteninin "Memar Əcəmi" stansiyasında ölüm hadisəsi qeydə alınıb.

Faktı “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ANS PRESS-ə təsdiqləyib.

Onun sözlərinə görə, dünən Bakı sakini 68 yaşlı Məhbubə Nəsirova qəfildən dünyasını dəyişib.

Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Həkimlər qadına ilkin yardım etsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin versiyaya görə, o ürək çatışmazlığından ölüb.

Fakt üzrə Nəsimi rayonunun prokurorluğunda cinayət işi açılıb.

Geri dön