Ana Sayfa > Xəbər > Gənc tanışını öldürən şəxsə hökm oxundu – 9 il
Gənc tanışını öldürən şəxsə hökm oxundu – 9 il29-05-2015, 15:32. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürən Əliş Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən 45 yaşlı Ə.Abdullayevə hökm oxunub. 27 yaşlı tanışı Elməddin Əliyevi bıçaqlayıb öldürən Ə.Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl hadisəsi ötən il Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Geri dön |