Ana Sayfa > Xəbər > Ukraynalı deputat Azərbaycan mahnısı oxudu

Ukraynalı deputat Azərbaycan mahnısı oxudu


29-05-2015, 12:03. Yazar: admin
Ukraynalı deputat Azərbaycan mahnısı oxudu
Ukraynanın tanınmış estrada ulduzu, Ali Radanın deputatı Zlata Oqneviç sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa edib.

APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Zlata Oqneviç deyib ki, bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.

Mahnın klipi artıq internetdə yayılıb. Qeyd edək ki, Z. Oqneviç Ukraynanı 2013-cü ildə "Eurovision" müsabiqəsində təmsil edib. O, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.



Geri dön