Ana Sayfa > Xəbər > Bizi əsl dəniz havası gözləyir

Bizi əsl dəniz havası gözləyir


29-05-2015, 11:35. Yazar: admin
Bizi əsl dəniz havası gözləyir
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində iyun ayı üçün gözlənilən hava proqnozunu açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanı ərazisində iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 15-20° isti təşkil edəcək.

Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-35° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19° isti təşkil edəcək.

Gündüzlər 25-30° isti, bəzi günlərdə 32-36° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-19° isti gözlənilir ki,bu da iqlim normasına yaxındır.

Gecələr 10-15° isti təşkil edəcək.

Gündüzlər 18-23° isti, bəzi günlərdə 29°-dək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə

isə bir qədər normadan çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 21-23° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18° isti təşkil edəcək.

Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-34° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın

(norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,

Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-22° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 12-17° isti təşkil edəcək.

Gündüzlər 20-25° isti, bəzi günlərdə 27-32° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə

bir qədər çox (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 23-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20° isti təşkil edəcək.

Gündüzlər 25-30° isti, bəzi günlərdə 33-36° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın

(norma 12-49mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-23° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 15-20° isti təşkil edəcək.

Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-33° isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın

(norma 29-47 mm) olacağı gözlənilir.

Geri dön