Ana Sayfa > Xəbər > Hindistanda anomal istilərə görə bir gecədə 500 nəfər həlak olub - FOTO
Hindistanda anomal istilərə görə bir gecədə 500 nəfər həlak olub - FOTO29-05-2015, 11:06. Yazar: admin |
Hindistanda anomal isti qurbanlarının sayı hər gün artır. FaktXəbər-in İndiaTV-yə istinadla verdiyi məlumaita görə, təkcə ötən gecə azı 500 nəfər həlak olub. Qurbanların ümumi sayı 2000-i keçib. «Dünən axşama olan rəsmi statistikaya görə 1818 nəfər həlak olub. Lakin bürkülü gecə yüzlərlə həyata son qoyub», - deyə Heydərabad Meteoroloji Mərkəzin direktoru doktor Reddi bildirib. «Ölüm halları hər gün iki dəfə artır: bacar günü 119, çərşənbə axşamı 236, cümə axşamı günü 440-dan artıq ölüm halları onu gösmtərir ki, 43-48 temperatur diapazonunda olan dəhşətli istilər hətta havalar sərinləşəndən sonra xəstə düşmüş canları almağa davam edəcək», - deyə ekspert xəbərdarlıq edib. Xatırladaq ki, yay mövsümündə Hindistanın bir çox şəhərlərndə havanın temperaturu normadan 7 dərəcə artıq artıb. Nyu-Dehlidə 45-46, cənubda 47-48 dərəcə temperatur çoxillik rekordları təzələyib. Daha dəhşətlisi odur ki, cari ildə istilik bütün ərazilərə - hətta Himalay ətrafına, Himaçal-Pladeş ştatına da yayılıb, temperaturun dərəcəsi 42-nin üzərində durur. Anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb –1300 nəfər. Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar. Qərbi Benqaliya, Bixar, Odişa və paytaxt Nyu Delidə də onlarla insan isti havanın qurbanı olub. Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar. Geri dön |