Ana Sayfa > Xəbər > "SSRİ-dəki neft istehsalının 83 faizi də Azərbaycanın hesabına təmin edilirdi"
"SSRİ-dəki neft istehsalının 83 faizi də Azərbaycanın hesabına təmin edilirdi"29-05-2015, 11:02. Yazar: admin |
28 may - Respublika Günü hər il olduğu kimi bu il də Moskvada təntənəli şəkildə qeyd edilib. ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, rəsmi qəbula bu il də Azərbaycandan xüsusi qonağlar dəvət edilmişdi. Bunlar arasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ve ANS kanalının baş direktoru Mirşahin Ağayev də olub. Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığıyla Moskvanın məşhur "Yevropeyski" restoranında baş tutan rəsmi qəbulda Rusiyanın hökumət rəsmiləri, Moskvada akredite olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər və eləcə də Moskvadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Respublika Gününü qeyd edərkən müstəqilliyimizin yenidən qazanılmasında əvəzedilməz rol oyanayan Heydər Əliyevin xatırlanmamasının mümkün olmadığını deyib. P.Bülbüloğlu ikinci dünya müharibəsində nasizmə qarşı qələbədə Azərbaycanın roluna da diqqət çəkib. "Biz bu qələbəni birlikdə qazandıq. Çünkü biz eyni dövlətdə yaşayırdıq və Azərbaycan xalqı öz torpaqlarını müdafiə etmək üçün savaşdı. Ölkəmizin bu qələbədəki rolunu gözardı etmək mümkün deyil. 700 min insan cəbhəyə göndərildi, bunlardan 300 mindən çoxu şəhid oldu. SSRİ-dəki neft istehsalının 83 faizi də Azərbaycanın hesabına təmin edilirdi",- deyə səfir qeyd edib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Krasin də ölkələrimiz arasındakı strateji əməkdaşlığın önəminə diqqət çəkib. Daha sonra Rusiyanın bəzi ictimaiyyət xadimləri diplom və nişanlarla mükafatlandırılıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Aleksandr Dzasoxov bütün Azərbaycan xalqını bu bayram münasibətiylə təbrik edib: "Çox sevindirici haldır ki, Azərbaycan xalqı bu bayramı böyük naliyətlərlə qeyd edir. Arzum budur ki, həmişə Bakıdan və Azərbaycandan xoş xəbərlər alaq". 28 may - Respublika Günü münasibəti ilə təşkil edilmiş təntənəli tədbir konsert proqramı ilə başa çatıb. Geri dön |