Ana Sayfa > Xəbər > Ceyms Uorlik Azərbaycan xalqını təbrik edib
Ceyms Uorlik Azərbaycan xalqını təbrik edib28-05-2015, 11:17. Yazar: admin |
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Trend-in məlumatına görə, C. Uorlik bu barədə "Twitter" səhifəsində yazıb: "Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm". Amerikalı həmsədr yazıb ki, ABŞ-da Respublika Gününə həsr edilmiş tədbirdə iştirak etmək onun üçün xoş olub. O, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova tədbirə dəvətə görə təşəkkür edib. Geri dön |