Ana Sayfa > Xəbər > Hansı QHT rəhbərləri deputatlığa namizədlik haqda düşünürlər? - SORĞU
Hansı QHT rəhbərləri deputatlığa namizədlik haqda düşünürlər? - SORĞU27-05-2015, 18:08. Yazar: admin |
Bu ilin noyabr ayında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Qeyri-hökumət təşkilatlarının rəhbərlərindən kimlər deputatlığa namizədliyini irəli sürəcək? Modern.az saytı bu sualla QHT rəhbərlərinə müraciət edib. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli: “Konkret qərar verməmişəm. Hələ xeyli vaxt qaldığı üçün yəqin ki, seçkilərə 2 ay qalanda fikrimi qətiləşdirəcəyəm. Amma namizədliyimi irəli sürmək ehtimalım böyükdür. Bərdə rayonundan olduğum üçün bir dəfə bu bölgədən namizəd olmuşam. Əgər seçkidə namizəd olacağım dəqiqləşsə, bu dəfə də Bərdə rayonuna aid olan dairələrdən birini seçməli olacağam”. Kitabxana.net portalanın və Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydın Xan Əbilov: “Parlament seçkisi ölkəmizin ictimai-siyasi həyatında çox önəmli bir hadisədir. İndiyə kimi 3 dəfə namizədliyini irəli sürən insanların mövqeyinə hörmətlə yanaşsam da, bundan sonra bitərəf mövqe tutmağa çalışacağam. Çünki parlamentdə olan deputatlar öz siyasi iradəsini ortaya qoya bilmədilər. Bu baxımdan parlamentin özündə ictimai-siyasi islahata ehtiyac var. Bəzilərini çıxmaq şərti ilə parlamentdəki deputatlar “palaza bürün, elinən sürün” prinsipi ilə çıxış edirlər. Mən onlardan biri olmaq istəmirəm. Parlament seçkisinə kimi ola bilər ki, ictimai-siyasi islahatlar aparılsın. Bəlkə də bu prosesləri gücləndirmək, bizi gözləyən bu və ya digər siyasi kataklizmlərin qarşısını almaq üçün parlamentdə iki variantda seçkini - partiyaları fəallaşdırmaq və fərdi qaydada deputatların seçilməsini müəyyənləşdirmək lazımdır. Əgər bu islahatlar getsə, bir qədər fikirləşmək olar. Amma fərdi olaraq parlament seçkisində iştirak etməyəcəyəm. Şəxsən mən heç vaxt namizədliyimi irəli sürməmişəm. Amma bu dəfə hər hansı ictimai qurum mənim namizədliyimi irəli sürsə, müəyyən hadisələri analiz edib seçkilərə getmək olar. Amma indiki variantda seçkidə özümü görmürəm. Hələ ki bu barədə fikrim yoxdur”. “Qarabağ Qazilər” birliyinin mətbuat xidmətinin rəhbəri və qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu: “Seçkidə namizədliyimi verməyi düşünmürəm. İndiyə kimi heç bir parlament seçkisində iştirak etməmişəm. Bundan sonra da etmək fikrim yoxdur”. Milli QHT Forumunun prezidenti Rauf Zeyni: “Bu barədə düşünmürəm”. Geri dön |